
Keçən əsrin əvvəllərində kifayət qədər maraqlı bir araşdırma aparılmışdı. Maks Ringelman araşdırmada istifadə edilən üsulla insanların fərdi və kollektiv işlərdə şəxsi performanslarında fərq olub-olmadığını ölçmək istəyib. Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır. Gözləntilər aydın idi: əgər 1 insan şərti olaraq 60-70 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 120-140 kg, 3 nəfər 180-210 kg-a yaxın yük qaldırmalı idi. Axı belə bir anlayış mövcuddur ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Bu fikir hələ də qüvvədədir və fəal olaraq dəstəklənir.
2 nəfər ipi çəkir və çəkmə qüvvəsi ölçülür. Ölçmələr nəticəsində performans itkisi 7% olaraq təyin olunur.
3 nəfərdən ipi çəkmələri xahiş olunur və nəticələr qeydə alınır. Performans itkisi bu dəfə 15%-ə qədərdir.
Ringelman effekti insanların sayı artdıqca daha aydın oldu və 8 nəfərlik qrupda 50% şəxsi performans itkisi baş verdi.
Sözügedən bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirmişdilər. Nəticələr isə yenə də eyni idi. Qrupdakı insanların sayı artırıldıqca faizlər enirdi. Səbəb isə aydındır: İnsan tək özünə arxalandıqda maksimum şəkildə güc tətbiq edir. Qrupda isə “Gücə qənaət etmək olar, axı heç kim bunun fərqinə belə varmayacaq” düşüncəsi ilə hərəkət edir.
Bu eksperiment çox uzun müddət əvvəlindən bilinirdisə də, test, elmi olaraq ilk dəfə Fransız agronom Maks Ringelmann tərəfindən sübut edilmiş və psixoloqlar bunu «Ringelmann effekti» adlandırmışlar.
Qeyd etmək lazımdır ki, indiyədək heç bir sosial texnologiya Ringelman effektini dəf edə bilməyib.